“Barselona” üçün hər şeyi verəcəm” – Meydanı üzü qanlı tərk edən futbolçu
“Barselona”nın müdafiəçisi Pau Kubarsi zədəsini şərh edib. UEFA Çempionlar Liqasının “Srvena Zvezda” ilə oyununda (5:2) üzünə buts ilə zərbə alan Kubarsi meydanı üzü qanlı halda tərk etmək məcburiyyətində qalıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər şeyin qaydasında olduğunu bildirib:
“Üzümdə 10 tikiş var? Hər şey qaydasındadır. “Barselona” üçün hər şeyi verəcəm”.
Kubarsi Kataloniya komandasının əsas heyətində bütün turnirlərdə 40 oyun keçirib. 17 yaşlı müdafiəçi cari mövsümdə 16 dəfə meydana çıxıb.
Hans-Diter Flikin komandasının növbəti rəqibi “Real Sosyedad”dır. Komandaların La Liqa çərçivəsində keçirəcəkləri oyun noyabrın 10-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin