“Barselona” Ter Ştegenin xələfi ilə bağlı qərar verib

“Barselona” komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenin mümkün xələfi ilə bağlı qərar verib.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, almaniyalı qapıçının yerini gələcəkdə “Barsa”nın akademiyasının 16 yaşlı yetirməsi İker Rodriges tuta bilər.

Gənc futbolçu “Barselona”nın U-18 komandasında çıxış edir və İspaniyanın gənclərdən ibarət millisinə də çağırılır. Kataloniyalılar Rodrigesin böyük potensiala sahib olduğuna inanırlar.

“Barselona” İspaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button