“Barselona” Portuqaliya klubunun qapıçısını istəyir

“Portu”nun qapıçısı Dioqo Koşta karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mark-Andre ter Ştegeni zədə səbəbindən itirən “Barselona” portuqaliyalı futbolçu ilə müqavilə imzalamaq istəyir. Kataloniya klubunun idman direktoru Deku şəxsən Koştanın xidmətində maraqlıdır.

“Transfermarkt” Koştanı 45 milyon avro dəyərində qiymətləndirir. Onun “Portu” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, Portuqaliya çempionatının cari mövsümündə 6 oyun keçirib, 3 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button