“Barselona” Ter Ştegeni əvəz edəcək qapıçını seçib

“Barselona” zədə səbəbindən sıradan çıxmış Mark-Andre ter Ştegenə əvəzləyici axtarışına başlayıb. 32 yaşlı qolkiper bazar günü “Vilyarreal”la oyunda (5:1) dizindən zədə alıb. Onun üçün mövsümün erkən bitə biləcəyi iddia edilir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı qapıçının yerinə namizədlərdən biri kimi “Las Palmas”dan Alvaro Valles seçilib. 27 yaşlı ispaniyalı qolkiperi almaq fürsəti qış transfer pəncərəsində yaranacaq.

“Transfermarkt” portalı Vallesin dəyərini 12 milyon avro qiymətləndirir. Onun “Las Palmas”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button