“Barselona” tarixinin ən gözəl qolunu açıqladı – VİDEO
İspaniyanın “Barselona” klubu tarixinin ən gözəl qolunu müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin azarkeşləri arasında aparılan sorğu nəticəsində Lionel Messinin 2006/07 mövsümündə “Xetafe” ilə oyunda vurduğu qol ən yaxşı seçilib.
İkinci yerdə Messinin İspaniya Kubokunun 2014/15 mövsümündə “Atletik”ə vurduğu qol qərarlaşıbsa, üçlüyü argentinalı hücumçunun UEFA Çempionlar Liqasının yarımfinalında (2010/11 mövsümü) Madrid “Real”ının qapısından keçirdiyi top qapayıb.
Serxio Robertonun ÇL-in 2016/17 mövsümünün 1/8 finalında PSJ-yə vurduğu qol dördüncü olub. Hansı ki, ilk oyunda 0:4 hesabıyla uduzan “Barselona”, məhz həmin cavab matçında 6:1 hesabıyla qalib gəlməklə tarixi zəfərə imza atmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin