“Barselona” tarixində ilk
İspaniya La Liqasının 31-ci turunun “Levante” – “Barselona” matçında (2:3) kataloniyalıların qapısına üç penalti təyin edilib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barsa”nın tarixində ilk dəfə La Liqa oyununda komandanın qapısına üç dəfə penalti zərbəsi təyin olunub.
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen penaltilərdən birini qaytara bilib.
“Barselona” “Levante”ni məğlub etməklə, xallarının sayını 60-a çatdırıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin