“Barselona” tarixi rekordu təkrarladı

“Barselona” İspaniya La Liqasının 21-ci turunda “Vilyarreal”ı məğlub edib (1:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümdə 1:0 hesablı yeddinci qələbəsini qazanıb. Nəticədə, klub tarixindəki rekord göstərici təkrarlanıb.

Bundan əvvəl “Barsa” 1995/96 və 1996/97 mövsümlərində də 1:0 hesabı ilə 7 qələbəyə sevinib.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 56 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button