“Barselona” Setyenlə rəsmən vidalaşdı
“Barselona” baş məşqçisi Kike Setyenlə yolları ayırdığını rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandanın Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı biabırçı məğlubiyyətindən sonra bu qərar gözlənilirdi. Klub prezidenti Xosep Bartomeu da Setyeninin istefaya göndəriləcəyini təsdiqləmişdi.
Kataloniya təmsilçisi yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacağını bildirilib.
Qeyd edək ki, Setyen bu ilin yanvarından “Barselona”nın çalışdırırdı. Onun rəhbərliyi altında komanda La Liqada 2019/20 mövsümünü ikinci pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin