“Barselona”dan 4 milyon avro gözləyir – keçmiş baş məşqçisi
“Vilyarreal”ın yeni baş məşqçisi Kike Setyen etiraf edib ki, “Barselona” hələ də ona olan borcunu ödəməyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Setyen, keçmiş klubuna lazım olan qədər vaxt verəcəyini deyib:
“Maliyyə böhranı buna böyük təsir etdi. Bunu ona görə deyirəm ki, hələ də haqqımı tam ödəməyiblər. Eyni zamanda, klubu tələsdirmək fikrində deyiləm, onlara lazım olan qədər vaxt verməyə hazıram. Hər şey yaxşıdır”.
Bildirilir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə pul kompensasiyası barədə razılığa gəliblər. “Barselona” Setyenə təxminən 4 milyon avro ödəməlidir.
Setyen 2020-ci ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin