“Barselona” serbiyalı hücumçu ilə maraqlanır

Hüquqları “Yuventus”a məxsus olan serbiyalı mərkəz hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Deadlinedaylive”-ya istinadən xəbər verir ki, hücumçunun İspaniya çempionatında top-klubda oynamaq seçimi var. “Barselona” Vlahoviçlə maraqlanır. “Qoca sinyora” da öz növbəsində futbolçu ilə ayrılmağa hazırdır.

25 yaşlı forvardın İtaliya klubu ilə müqaviləsinin müddəti gələn il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı Vlahoviçin bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button