“Barselona” saxtakarlıqda ittiham olunur
“Barselona” “Çelsi”nin müdafiəçisi Markos Alonsonun transferi ilə bağlı saxtakarlıqda ittiham olunub.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniyanın dördüncü liqasında çıxış edən “Union Adarve” klubu 2022-ci ilin yayında müdafiəçinin pulsuz transferi ilə əlaqədar FİFA Mübahisələrin Həlli Palatasına şikayət edib.
Madrid komandası kataloniyalıları transfer zamanı pozuntularda günahlandırır və iddia edir ki, əslində “Barsa” və “Çelsi” oyunçu dəyişikliyi ediblər: hücumçu Pyer-Emerik Obameyanq, Alonso və daha 12 milyon avro müqabilində.
“Union Adarve” Alonsonun bir müddət onların komandasında məşq etdiyi üçün 103 min avro həmrəylik ödənişi tələb edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin