“Barselona” satmaq istədiyi futbolçuya məşqə çıxmamaq icazəsi verib

Kleman Lanqle iyulun 18-dək “Barselona” ilə məşq etməmək hüququna malikdir.

Komanda.az kataloniyalıların rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi klubdan müvafiq icazə alıb.

Fransalı futbolçu bir gün əvvəl yeni mövsüm öncəsi tibbi müayinədən keçib.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” Lanqleni ötən mövsüm icarə əsasında çıxış etdiyi “Tottenhem”ə 10+5 milyon avroya sata bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button