“Barselona” aparıcı fubolçusunu satacaq
“Barselona” yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu bu yay satış üçün əsas namizədlə bağlı qərar verib. Bu, hazırkı heyətin ən bahalı və yüksək maaşlı oyunçularından biri olan niderlandlı yarımmüdafiəçi Frenki de Yonqdur.
26 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin