Laporta: “Biz “Barselona”nın maliyyə bərpasını tamamladıq”
“Barselona”nın prezidenti Xuan Laporta klubun maliyyə durumu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri “Barsa”nın maliyyə bərpasını tamamladıqlarını bildirib:
“Biz “Barselona”nın maliyyə bərpasını tamamladıq. Bunu improvizasiya olmadan, şanssız və kənardan kömək göstərilmədən etdik. Çoxlu dəyərlərə, prinsiplərə və etikaya malik klubuq. “Barselona” sadəcə, bir klubdan daha çox şeydir”.
Bir müddət əvvəl “Barselona”nın rəhbərliyindəki müxalif qruplar prezident Xuan Laporta və onun idarə heyətini dərhal istefaya çağırmışdı. Bu qərarın əsas səbəblərindən biri komandanın yarımmüdafiəçisi Dani Olmo və hücumçu Pau Viktorun qeydiyyat məsələsi, həmçinin Amerikanın “Nike” şirkəti ilə müqavilənin uzadılması prosesi idi.
Bizi Facebook-da izləyin