“Barselona” sabiq baş məşqçisini qaytarmaq istəyir
“Barselona” rəhbərliyi Xavidən sonrakı dönəm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta Frank Raykardı yenidən komandaya qaytarmaq istəyir. Bu barədə “Radio Marca” məlumat yayıb.
Klub rəhbəri niderlandlı mütəxəssislə ilkin danışıqlara start verib.
Raykard 2003-2008-ci illərdə “Barselona”nın baş məşqçisi olub. 61 yaşlı mütəxəssis son olaraq Səudiyyə Ərəbistanı milli komandasına rəhbərlik edib. O, 2013-cü ilin yanvar ayından işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin