“Əl-Hilal” “Barselona”nın müdafiəçisi ilə maraqlanır

“Barselona”nın müdafiəçisi İniqo Martines Səudiyyə Ərəbistanı çempionatına gedə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Əl-Hilal” maraqlanır.

“Barselona” 33 yaşlı müdafiəçi ilə ayrılmaq istəməsə də, yaxşı pul təklif olunarsa, razılaşa bilər.

Martines ötən mövsüm İspaniya çempionatında 20 oyun keçirib.

“Barselona” La Liqanın yeni mövsümünə uğurlu start verib. Katalonlar “Valensiya” və “Atletik”i məğlub edib (hər iki oyunda 2:1 hesablı qələbə).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button