“Barselona”nın Pyaniç narahatlığı
“Barselona” rəhbərliyi komandanın yarımmüdafiəçisi Miralem Pyaniçin fiziki durumundan narahatdır.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bosniya və herseqovinalı futbolçu “Barselona”ya gec qoşulub və hazırda komandanın digər futbolçularından fiziki baxımdan geridə qalır.
Baş məşqçi Ronald Kuman bu gün Çempionlar Liqasının qrup mərhələsində “Ferentsvaroş”la qarşılaşacaqları oyunda Pyaniçə əsas heyətdə şans verəcək. Niderlandlı mütəxəssis, yarımmüdafiəçinin La Liqanın 7-ci turundakı “Real”la oyuna hazır olması üçün belə bir qərar verib.
Pyaniç bu yay “Yuventus”dan “Barselona”ya keçib. 30 yaşlı futbolçu bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Pyaniç “Barselona” ilə bu mövsüm iki oyuna çıxıb.
Bu gün keçiriləcək “Barselona” – “Ferentsvaroş” matçı saat 23:00-da start götürəcək.
La Liqanın 7-ci turunun “Barselona” – “Real” oyunu oktyabrın 24-də keçiriləcək.
Bizi Facebook-da izləyin