“Barselona” Ronald Kumanı istefaya göndərdi
“Barselona”nın baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan “Rayo Valekano” ilə oyundan sonra istefaya göndərilib. Bu oyunda 0:1 hesabıyla uduzan Kataloniya klubunun rəhbərliyi maçtdan dərhal sonra Kumanı postundan kənarlaşdırmağa qərar verib.
“Barselona” La Liqanın cari mövsümündə keçirdiyi 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Ronald Kuman ötən ilin avqustundan “Barselona”ya rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin