“Barselona” hücumçusu üçün 30 milyon avro tələb edir
“Sportinq” (Lissabon) “Barselona”nın hücumçusu Vitor Roke üçün danışıqları davam etdirir.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu transfer pəncərəsi bağlanana qədər braziliyalı futbolçunu satmaqda qərarlıdır. “Barsa” oyunçusu üçün 30 milyon avro tələb edir. “Barselona”nın Roke üçün bu qədər təzminat tələb etməsinin səbəbi oyunçu “Atletiko Paranaense”dən alınan zaman çəkilən xərcləri geri qaytarmaqdır. Amma “Sportinq” hücumçu üçün 20 milyon avro təklif etmək istəyir.
Roke bu ilin yanvarında 40 milyon avro qarşılığında “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin