“Barselona” ingilis futbolçudan əl çəkmir

“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu dəvət etmək fikrindən əl çəkmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ən son məlumatlara görə, ingiltərəli oyunçu üçün yarışa “Milan” başçılıq edir. Bununla belə, kataloniyalılar da bütün çətinliklərə baxmayaraq, Reşfordun keçidində uğur qazanacaqlarına ümidlərini davam etdirirlər.

“Barselona” 27 yaşlı forvardın transferini asanlaşdırmaq üçün heyətdə yer boşaltmağa çalışır.

“Mançester Yunayted” Reşfordu cari mövsümün sonuna qədər icarəyə verməyə hazırdır. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button