“Barselona” Reşforddan razıdır

“Barselona” rəhbərliyi Markus Reşfordun çıxışından razıdır. O, dünən “Sevilya” ilə oyunda fərqlənsə də, kataloniyalılar böyükhesablı məğlubiyyətdən qaça bilməyiblər – 1:4.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Reşfordun “Mançester Yunayted”dən tam transferinin sərfəli addım olacağına inanır.

Onlar hesab edirlər ki, Reşfordun uğurlu çıxışı onun dəyərini gələcəkdə daha da artıracaq. İngiltərəli oyunçunun icarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir.

27 yaşlı futbolçu Hans-Diter Flikin rəhbərliyi altında keçirdiyi 10 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button