“Barselona” Reşforda görə narahatdır

“Barselona” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordun komanda içindəki atmosferə mənfi təsir göstərə biləcəyindən narahatdır.

İngiltərəli futbolçunun kataloniyalılar tərəfindən transferi, gələcəkdə onun komandadakı dinamikaya zərər verə biləcəyinə dair narahatlıqlar yaradıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi Reşfordun komanda daxilində gərginlik yarada biləcəyindən qorxur.

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim son mövsüm ərzində Reşfordun bəzən lazım olan fiziki və psixoloji hazırlığı göstərmədiyini açıq şəkildə bildirmişdi.

27 yaşlı hücumçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button