
“Barselona” “Real”la qarşılaşdı – bu dəfə yoxlama matçında
“Barselona” və “Real ” yoxlama oyununda üz-üzə gəlib.
Komanda.az xəbər verir ki, oyun ABŞ-ın Las Veqas şəhərindəki “Allegiant” stadionunda baş tutub. Oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.
“Barselona” La Liqanın 1-ci turunda avqustun 13-də “Rayo Valyekano”nu qəbul edəcək. “Real” isə bir gün sonra “Almeriya”nın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin