“Barselona” “Real”ın sabiq futbolçusunu istəyir
PSJ-nin futbolçusu Anxel Di Maria karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” və “Atletiko” argentinalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. PSJ, Di Maria üçün ən azı 45 milyon avro tələb edir.
2015-ci ildə 63 milyon avro qarşılığında “Mançester Yunayted”dən transfer edilən 31 yaşlı futbolçu, bu mövsüm 43 qarşılaşmada iştirak edərək, 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Di Maria 2010-2014-cü illər aralığında “Real”ın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin