“Barselona” – “Real” matçında terror aktı planlaşdıran şəxs həbs olundu

Ötən ilin dekabrında İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” – “Real” oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Amma pilotsuz təyyarəni tapmaq mümkün olmayıb.

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb etməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də “Nou Kamp”da baş tutan “el-klasiko” qolsuz başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button