
“Barselona” “Real”ı darmadağın etdi, superkuboku qazandı
İspaniya superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici matçda “Barselona” “Real”la qarşılaşıb.
Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilmiş oyunda 5:2 hesabı ilə qalib gəlib.
Bununla da, “Barselona” İspaniya superkubokunu 15-ci dəfə qazanıb. Komanda bu göstəriciyə görə rekorda imza atıb. “Real” kuboku 13 dəfə qazanıb.
İspaniya superkuboku
Final
12 yanvar
Real – Barselona 2:5
Qollar: Mbappe, 5. Rodriqo, 60 – Yamal, 22. Levandovski, 36. Rafinya, 39; 48. Balde, 45+10.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin