
“Barselona”nın Leaonu almaq üçün planı var
“Milan”ın vingeri Rafael Leao karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”nın transfer siyahısındadır.
Kataloniyalılar yaxşı mövsüm keçirən Rafinyanı satmağı düşünürlər. Klub braziliyalı yarımmüdafiəçini satmaqla böyük pul qazana bilər. Belə olan halda, Leao “Barsa”nın heyətində yerini tuta bilər. “Milan” da öz növbəsində, onun üçün 80 milyon avrodan başlayan təklifləri dinləməyə hazırdır.
Leao A Seriyasının cari mövsümündə 23 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin