
“Barselona” təxirə salınan matçı Rafinyasız oynamalı olacaq
Uruqvay millisi müdafiəçi Ronald Arauxonu “Osasuna” ilə oyunda iştirak etmək üçün “Barselona”ya buraxa bilər.
Komanda.az xəbər verir ki, bu barədə “El Larguero” nəşri məlumat yayıb.
Braziliya millisi isə Rafinya Diası “Barselona”nın “Osasuna” ilə 27-ci turdan təxirə salınmış oyuna buraxmayacaq. Bundan əvvəl La Liqa rəhbərliyi bu matçı martın 27-nə təyin etmişdi, baxmayaraq ki, həmin vaxt milli komandaların oyunları keçirilir.
Hazırda İspaniya çempionatının turnir cədvəlinə 27 oyundan sonra 60 xalla “Barselona” başçılıq edir. Hans-Diter Flikin komandası “Real”la eyni xala malik olsa da, madridlilərdən bir oyun az keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



