“Barselona” “Çelsi” ilə danışığa başlayıb – Braziliyalı üçün
“Barselona” “Çelsi”nin nümayəndələri ilə yarımmüdafiəçi Andrey Santosun mümkün transferi ilə bağlı əlaqə saxlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın prezidentinin müşaviri Deko 19 yaşlı futbolçunun çıxışını bəyənib.
Kataloniya təmsilçisinin baş məşqçisi Xavi də Santosu klubu tərk edən Serxio Busketsin əvəzləyicisi kimi görür. Hazırda məsələ ilə bağlı danışıqlar aparılır.
Braziliyalı futbolçu 2022/23 mövsümündə “Vasko da Qama” klubunda icarə əsasında çıxış edib. O, 11 oyuna çıxıb və bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin