“Barselona” rəsmilərindən Valverde ilə bağlı açıqlama

İspaniya superkubokunun yarımfinalı çərçivəsində “Atletiko”ya 2:3 hesabıyla məğlub olan “Barselona”nın prezidenti Jozep Maria Bartomeu və idman direktoru Gilermo Amor açıqlama verib.

Komanda.az xəbər verir ki, oyunla bağlı danışan klub rəhbəri, baş məşqçi Ernesto Valverdenin istefası məsələsinə də münasibət bildirib:

“Vacib oyunda məğlub olduq. Təəssüflənirik. İstədiyimiz kimi oynaya bilmədik, azarkeşlərimizin tənqid etməsini normal qarşılayırıq. Daha çox çalışmalıyıq. Valverdeni isefaya göndərmək kimi düşüncəmiz yoxdur. Çünki qarşıda hələ çox oyun var”.

 Oyunla bağlı fikirlərini bildirən Amor, bunları deyib:

“Futbolda belə hallara hazır olmaq lazımdır, xüsusilə, güclü komandalara qarşı oyunda. Məğlubiyyət ağırdır, amma davam etməliyik, yolumuz uzundur, qarşıda hələ çox oyunumuz var. Valverdenin istefası məsələsinə gəldikdə isə, bu barədə deyə biləcəyimiz heç bir şey yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button