“Barselona” rəsmisindən Messi haqda açıqlama

“Barselona”nın direktoru Mateu Alemani klubun son günlər PSJ-nin hücumçusu Lionel Messi ilə əlaqə saxlamadığını açıqlayıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, klub rəsmisi Messinin Barselonada bir neçə gün qaldığını, amma onunla heç bir əlaqə yaratmadıqlarını bildirib:

“O, həqiqətən də, Barselonaya gəlməkdən zövq alır. Həmişəki kimi, Messi bir neçə gün Barselonada qaldı, lakin onunla heç bir əlaqəmiz yox idi”.

Daha əvvəl argentinalı forvardın ailəsi və köməkçiləri ilə birlikdə Barselonaya uçduğu məlum olmuşdu.

“Barselona” daha əvvəl uzun illər komandada çıxış edən Messini yenidən geri qaytarmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button