Xavinin gələcəyini müzakirə etmək üçün görüş keçiriləcək

Gələn həftə “Barselona”nın prezidenti Xuan Laporta və Kataloniya klubunun idman direktoru Deku işgüzar görüş keçirəcək.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi baş məşqçi Xavinin Kataloniya komandasına rəhbərlik etməsinin mümkünlüyünü müzakirə edəcək. Həmçinin, onu komandanın baş məşqçisi kimi kimin əvəzləyəcəyi barədə müzakirə olacaq.

İspaniya çempionatının 16 turundan sonra “Barselona” 34 xal toplayıb və hazırda üçüncü pillədə qərarlaşıb. “Jirona” 41 xalla turnir cədvəlinin zirvəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button