
“Barselona” heç kimi satmayacaq – açıqlama
“Barselona” qış transfer pəncərəsi dövründə heç bir futbolçusunu satmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib:
“Yanvarda futbolçularımızı satmaq fikrində deyilik. Balanslı heyətimiz var və heç kimi buraxa bilmərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin