
“Barselona” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin xidmətində maraqlıdır.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu şotlandiyalı futbolçunun transfer imkanlarını qiymətləndirir.
Şayiələrə görə, Maktominey İtaliyanı tərk edib yenidən İngiltərəyə qayıtmaq istəyir. Ancaq “Napoli”də qazandığı uğurlar sayəsində 28 yaşlı oyunçuya Avropanın digər top-klublarından da təkliflər gələ bilər.
Hazırda “Napoli”nin Maktomineylə yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



