
“Barselona” “Qarabağ”ın rəqibinin üzvü üçün 50 milyon avro təklif etməyə hazırdır
“Barselona” “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberxlə maraqlanır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, kataloniyalılar 23 yaşlı futbolçu üçün “Liverpul”a 50 milyon avro təklif etməyə hazırdır.
Klub rəhbərliyi hesab edir ki, bu məbləğ danışıqların başlanması üçün kifayətdir. Baş məşqçi Hans-Diter Flikin komandası önəmli bir dayaq yarımmüdafiəçisi axtarır və Qravenberx bu tələblərə tam uyğun gəlir. O, xüsusən də, irəli ötürmələrdə effektivliyi ilə seçilir.
Niderlandlı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. “Barselona” onu transfer etmək üçün bir neçə oyunçusunu satmağa da hazırdır.
Qravenberxin çıxış etdiyi “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



