“Barselona” qapıçısını satır – koronavirusa görə
Koronavirus səbəbiylə maddi itkilərlə üzləşən “Barselona” bəzi futbolçuları ilə yolları ayırmağı planlaşdırır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu, keçən yay “Valensiya”dan transfer etdiyi Netonu satışa çıxaracaq. Klub pandemiya səbəbiylə dəyən zərəri tənzimləmək üçün bu addımı atacaq.
“Barsa” ikinci qapıçısı olan Netonu 26 milyon avroya transfer etmişdi. Klubun futbolçunun transferi üçün qoyduğu sərmayəni geri qaytarmağa ümid etdiyi bildirilir.
“Barselona”nın heyətində ümumilikdə 4 oyunda iştirak edən 30 yaşlı qapıçının klubla müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin