“Barselona”nın Neto ilə bağlı yeni planı
“Barselona” klubu qapıçısı Neto ilə bağlı planlarını dəyişdirib.
Komanda.az xəbər verir ki, Kataloniya klubu qolkiperlə bağlı təklifləri dəyərləndirəcək. Klub 31 yaşlı futbolçunun transfer qiymətini də müəyyənləşdirib. “Barsa” Neto üçün 15 milyon avrodan yüksək təkliflərə müsbət yanaşacaq. Əsas qolkiper Mark-Andre ter Ştegenin əvəzləyicisi olan Neto da komandadan ayrılmaq istəyir.
Daha əvvəl “Barselona” adı “Arsenal”la yanaşı çəkilən futbolçunun ayrılığına icazə verməmişdi.
Netonun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin