Təklif göndərən olmadı, “Barselona”da qaldı

İspaniyanın “Barselona” klubu futbolçusu Rafinya Alkantara ilə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Kataloniya klubunda qalacaq. Futbolçu üçün rəsmi təklif almayan “Barselona” yeni mövsümdə də onu komandada saxlamalı olub. Klub Rafinya üçün 16 milyon avro təzminat məbləği tələb edirdi.

Yarımmüdafiəçinin xidmətində “Arsenal”, “Everton” və “Vest Hem” kimi Premyer Liqa klubları maraqlı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button