“Barselona” pul qazanan maşındır” – La Liqanın rəhbəri
La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın maliyyə vəziyyətindən danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, “Barselona”nı pul qazanan maşın adlandırıb.
“Barselona” iqtisadi baxımdan pul qazanan maşındır. İndi 500 milyon avro itkisini bərpa edir. Bu səbəbdən, klub birdən üçə qədər qaydaya tabedir”.
La Liqa prezidentinin sözlərinə görə, Kataloniya klubu bu vəziyyətdə nə edəcəyini bilir:
“Barselona” transferləri birdən üçə qaydasında həyata keçirə bilər. Oyunçu 100 milyona gedirsə, 33-ə yenisini ala bilərsiz. İtkilər ödənilib, azaldılsa, klub birə-bir göstəricisinə qayıdacaq. Ümid edək ki, futbolun və La Liqanın maraqları naminə bu məqsədə nail olacaqlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin