“Barselona” – PSJ matçının keçiriləcəyi stadion bilindi

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci tur matçı ilə bağlı rəsmi açıqlama yayıb.

Komanda.az xəbər verir ki, kataloniyalıların oktyabrın 1-də keçirəcəyi “Barselona” – PSJ matçı “Olimpik Lui Kompanis” stadionunda oynanılacaq.

Klubun açıqlamasında vurğulanır ki, hazırda “Kamp Nou”nun açılması üçün lazım olan inzibati icazələrin alınması istiqamətində intensiv işlər aparılır:

“Barselona”, üzvlərinə və azarkeşlərinə bu mürəkkəb, eyni zamanda, həyəcanverici prosesdə göstərdikləri anlayış və dəstəyə görə təşəkkür edir”.

“Barselona” yaxın aylarda yenilənmiş “Kamp Nou”ya qayıtmağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button