“Barselona”nın Feliks planı

“Barselona” rəhbərliyi “Atletiko”dan icarə əsasında komandada çıxış edən hücumçu Joao Feliksi saxlamaq niyyətindədir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, kataloniyalılar 24 yaşlı futbolçunun oyunundan razıdırlar və onun icarə müqaviləsini daha bir mövsüm uzatmağa çalışacaqlar.

Bildirilir ki, “Barselona” futbolçunun qiymətinin baha olması səbəbindən onu almaq variantını nəzərdən keçirmir. Madrid klubu portuqaliyalı oyunçu üçün 70-80 milyon avro almaq niyyətindədir.

Feliks “Barselona”nın heyətinə 2023-cü ilin sentyabrında qoşulub. O, ümumilikdə komandada 30 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button