![](https://komanda.az/wp-content/uploads/2023/02/Penya-780x470.jpg)
“Barselona” qapıçısı ilə danışıqları təxirə salıb
İnyaki Penyanın “Barselona”dakı gələcəyi hələlik məlum deyil.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi ispaniyalı qapıçı ilə danışıqları yaya qədər təxirə salıb.
Danışıqlar prosesi iyunda başlayacaq. “Barselona” 25 yaşlı qolkiperi saxlamaqda maraqlıdır, ancaq Penyanın mövqeyi hələ də məlum deyil. Tərəflər arasındakı mövcud müqavilə gələn il iyunun sonunda başa çatacaq.
Penya İspaniya çempionatının cari mövsümündə 15 oyun keçirib, 18 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin