“Barselona”nın Pedri planı

“Barselona” yaxın vaxtlarda ispaniyalı yarımmüdafiəçi Pedri ilə yeni müqavilə bağlayacağına əmindir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni sözləşmə imzalamağa inanırlar.

Hans-Diter Flik komandaya rəhbərlik edəndən sonra Pedri “Barselona”nın durumundan çox razıdır. Daha əvvəl Pedrinin “Barsa”nın sabiq çalışdırıcısı Xavi ilə problemlərinin olması barədə xəbərlər yayılmışdı.

21 yaşlı futbolçu cari İspaniya çempionatında 5 oyun keçirib, 2 məhsuldar ötürmə edib. O, yayda İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button