“Barselona” Pedri ilə bağlı qərar verib
“Barselona”nın idman direktoru Deku komandanın ispaniyalı yarımmüdafiəçisi Pedrinin klubdakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Pedrinin nümayəndələri ilə danışıqlara artıq başlanıldığını bildirib:
“Klub onunla müqaviləni uzatmaq niyyətindədir. Biz bunun üzərində işləyirik. Pedrinin nümayəndələri ilə danışıqlara artıq başlanılıb”.
21 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının ortalarına qədərdir. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
Pedri La Liqanın cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin