“Barselona” Pedri ilə anlaşıb
“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2030-cu ilin iyununa kimi nəzərdə tutulan yeni müqavilənin şərtlərini tam razılaşdırıblar.
Yeni sazişin imzalanması bu gün baş tutacaq.
22 yaşlı Pedri bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin