
“Barselona” önəmli oyunçusunu itirə bilər
“Barselona” mövsümün sonuna qədər yarımmüdafiəçi Mark Kasadosuz qalmaq riski ilə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
21 yaşlı futbolçu İspaniya çempionatında dünən “Atletiko” ilə oyunda zədələnib. O, fransalı hücumçu Antuan Qrizmannla toqquşduqdan sonra ikinci hissənin ortalarında əvəzlənib. Kasadonun diz bağlarının zədələnməsi şübhəsi var. Bu təsdiqlənərsə, o, mövsümün qalan hissəsini buraxacaq.
İspaniyalı oyunçu La Liqanın cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



