Onunla yeni müqavilə bağlanacaq – tezliklə
“Barselona” yarımmüdafiəçisi Qavinin bu həftə klubla yeni müqavilə imzalayacağını rəsmən elan edə bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçu və klub yeni anlaşma ilə bağlı kompromis əldə etməyə çox yaxındır. Rəsmi qərar tezliklə açıqlanacaq.
Mətbuat 17 yaşlı Qavinin təzminat məbləğinin 50 milyon avro olacağını, yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacağını yazıb.
Qavi ötən mövsüm 47 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin