
“Barselona” yeni müqaviləni bu həftə elan edə bilər
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klub rəhbərliyi ilə müqavilənin uzadılması ilə bağlı növbəti danışıqlara başlayıb.
Komanda.az “Mundo Deportivo-ya istinadən xəbər verir ki, tərəflərin yeni müqavilə imzalamaq barədə razılığa gəldiyi bildirilir və bu həftənin sonuna qədər rəsmiləşdirilə bilər. Niderlandlı futbolçunun yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq və onun 500 milyon avroluq sərbəst qalma maddəsi var.
De Yonq 2019-cu ilin yayından Kataloniya klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



