“Barselona” onunla müqaviləni uzadacaq
“Barselona” yarımmüdafiəçisi Aleks Kolyado ilə müqavilənin müddətini uzatmaq üçün razılığa gəlib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı ispaniyalı ilə 2024-cü ilin iyun ayının sonuna kimi hesablanacaq yeni müqavilənin bağlandığını tezliklə elan edəcək.
Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kolyado ötən mövsümün ikinci yarısında icarə əsasında “Qranada”da çıxış edib. Futbolçu bu komandanın heyətində 17 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin