“Barselona” müdafiəçisinə müqaviləni pozmağı təklif edib
“Barselona” Kleman Lanqleni pulsuz buraxmağa hazırdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçiyə müqaviləyə xitam verməyi təklif etsə də, o, bundan imtina edib.
“Barselona” maaşları azaltmaq istəyir, ona görə də, Lanqle ilə müqaviləni ləğv edərək, onu pulsuz buraxmağa hazırdır.
Kataloniyalılarla Fransanın “Lion” klubu əlaqə saxlayıb. “Lion” 28 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır. Futbolçunun başqa kluba transferi “Barselona” üçün əsas seçim deyil, amma yenə də, keçid alınsa, onlara bir qədər pul qazandıracaq.
Lanqle 2018-ci ildən “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin